Ultrasəs Müayinəsinin Gələcəyi

Radiologiyada Rəqəmsal Simfoniya

RadVision — radioloq həkimlər üçün ultrasəs müayinə prosesini avtomatlaşdıran bir sistemdir.

Haqqımızda

RadVision — peşəkar təcrübənin, fikirlərin, dəyərlərin, xəyalların, inancın və əməkdaşlığın ərsəyə gətirdiyi məhsuldur. Bu məhsul peşəkarlıq və intellektin rəqəmsal əkizidir.

Biz inanırıq ki, məhsulumuzun həqiqi sahibi (product owner) onu daim istifadə edən, təcrübə və bilikləri ilə zənginləşdirən radioloq həkimlərimizdir.

RadVision, ultrasəs müayinə prosesində radioloqlarımızın və onların pasiyentlərinin ehtiyac duyduğu intellektual, yaradıcı və emosional bütün istəkləri qarşılayan məhsul olmağı hədəfləyir.

RadVision, ultrasəs həkimlərinin iş prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, onların icmalarında karyera inkişaf istiqamətində, xüsusən tədqiqat qrupları üçün əvəzsiz bir rəqəmsal platformadır.

Bu istiqamətdə müştərilərimizdən gələn hər bir fikir, hər bir xəyal ilham mənbəyimizdir. Ortaqlarımızın (həkimlərimizin) fikir və xəyallarını diqqətlə dinləyir və faydalı məhsula çeviririk.

Biz inanırıq ki, yüksək intellekt, peşəkarlıq və təcrübə elm tutumlu innovativ məhsul üçün əsas resurslardır. Bu istiqamətdə peşəkarların birlikdə, qərarlı və məqsədli əməkdaşlığı məhsulun rəqabət gücünü və ixrac potensialını artırır.

Dünya bizim onu necə düşündüyümüzün bir nəticəsidir; düşüncə tərzimizi dəyişmədən dünyanı dəyişə bilmərik.

Albert Eynşteyn
0
Statistik Hesabat
0
Çap Qənaəti
0
Hesabat Forması
0
Tədqiqat Mövzusu
Xüsusiyyətlər

RadVision — Hər addımda birlik, hər modulda mütləq fayda

01

Hər müayinə hesabatı (raport)

Beynəlxalq protokollara əsaslanan keyfiyyətli, strukturlu hesabatlar.

02

Strukturlu məlumat bazası

Standart hesabatlar əsasında dəyərli mərkəzləşmiş baza.

03

Konsilium və birgə diaqnostika

Real-time qrup paylaşımı, rəy bildirmə və izləmə.

04

Mesaj idarəetmə paneli

Pasiyentə xatırlatma, toplu mesajlar — şablon və təqvim.

05

Statistik analiz

300 000-dən çox statistik hesabat və analitik alətlər.

RadVision – Xidmətlərimiz

Modul 01

Standartlaşdırılmış raportlar

İxtisaslaşmış beynəlxalq sosial institutların müayinə protokollarına əsaslanan, yüksək keyfiyyətli, strukturlaşdırılmış və vahid estetik formatda hesabatların (raportların) hazırlanması.

ÜstünlükləriBu yanaşma tibbi mütəxəssislər arasında vahid forma və ortaq terminologiyanın formalaşmasını təmin edir, pasiyentlər tərəfindən diaqnostik nəticələrə olan etimadı artırır. Hazırda geniş istifadə olunan Word əsaslı sənədləşmə formal cəhətdən düzgün olsa da, fərdi üslub fərqləri səbəbindən məlumatların qavranılmasında qeyri-müəyyənliyə yol açır. Ən əsası, mövcud qeyri-sistemli yanaşma Azərbaycan radiologiya sahəsində toplanmış empirik təcrübənin rəqəmsal itkisinə və məlumatların sistematik arxivləşdirilə bilməməsinə səbəb olur.
Standartlaşdırılmış raportlar
Modul 02

Strukturlaşdırılmış Verilənlər Bazası

Radioloji müayinələrin hər bir növü üzrə standart və strukturlaşdırılmış hesabatlar əsasında yüksək dəyərli rəqəmsal məlumat bazasının qurulması.

TəyinatıMüxtəlif tibbi istiqamətlər üzrə fəaliyyət göstərən elmi-tədqiqat qrupları üçün mərkəzləşdirilmiş, etibarlı və əlçatan məlumat mənbəyinin formalaşdırılması.
Strukturlaşdırılmış Verilənlər Bazası
Modul 03

Akademik Tədqiqatlar və Analitik Dəstək

Elmi-tədqiqat mövzuları üzrə sorğuların layihələndirilməsi, keçirilməsi, toplanmış məlumatların analitikası, dərin təhlili və proqnozlaşdırılması üçün zəruri texnoloji infrastrukturun qurulması. Tədqiqat qrupları üçün mərkəzləşdirilmiş elmi məlumat bazasının formalaşdırılması.

TəlimMəlumatların analitikası, təhlili və sintezi mürəkkəb texniki alətlər tələb edir. RadVision, tibbi mütəxəssislər üçün uyğunlaşdırılmış süni intellekt vasitələrindən istifadə etməklə, bu proseslərin asan, sürətli və effektiv icrasına dair ixtisaslaşmış təlimlər təşkil edir.
Akademik Tədqiqatlar və Analitik Dəstək
Modul 04

Klinik Vaka və Test Bazası

Radiologiya sahəsində təcrübəli mütəxəssislərin gündəlik klinik fəaliyyəti zamanı aşkar edilmiş anomaliyaların, nadir və maraqlı vakaların mərkəzləşmiş və strukturlaşdırılmış rəqəmsal arxivinin formalaşdırılması.

Tədris ƏhəmiyyətiRezident-radioloqlar və tələbələr bu baza üzərində çoxsaylı simulyasiya testləri icra edərək nəzəri biliklərini və vizual diaqnostika vərdişlərini təkmilləşdirirlər. Onlar nadir rastlanan patologiyaları daha dərindən və ətraflı öyrənmək imkanı əldə edirlər.
Klinik Vaka və Test Bazası

Həyatboyu Öyrənmə və Özünüinkişaf Ekosistemi

LIFELONG LEARNING / SELF-LEARNING

Peşəkar assosiasiyaların və QHT-lərin (sosial institutların) əsas nizamnamə məqsədi əmək bazarında fəaliyyət göstərən sahəvi mütəxəssislərin davamlı peşəkar inkişafını təmin etməkdir. Biz, bu ali məqsədlərin reallaşdırılmasının təməli olan "Həyatboyu öyrənmə" və "Özünüinkişaf" sistemlərinin elmi-metodoloji əsaslarla qurulmasını həyata keçiririk.

ƏhəmiyyətiBir sahənin tərəqqisi həmin sahədəki kadrların peşəkarlıq səviyyəsi, vahid dil modelinin (terminologiyanın) tətbiqi və ortaq etik dəyərlərin mənimsənilməsi ilə mümkündür. İnsan resurslarının davamlı inkişafı qlobal miqyasda ən aktual və mürəkkəb məsələlərdən biridir. Belə strateji məqsədə nail olmaq müxtəlif peşəkar mütəxəssislərin güclü, davamlı və məqsədyönlü əməkdaşlığını tələb edir.

Peşəkar inkişaf platformasının qurulması prosesində RadVision aşağıdakı 5 fundamental strateji sualı cavablandırır:
Xaotiklik: Sistem nə qədər xaotikdir?
Mürəkkəblik: Sistem nə qədər mürəkkəbdir?
Hüdudlar (Mərhələlər): Sistem hüdudları və inkişaf mərhələləri neçədir?
İnteqrasiya: Xaotik və mürəkkəb sistem hədəfə necə inteqrasiya olacaq?
Sadəlik: Nə qədər sadə tətbiq olunacaq?

İnteraktiv analitik panellər

Fetal biometrik referans və anomaliya statistikasını real vaxt rejimində araşdırın

Xəstəliklərin Beynəlxalq Təsnifatı

ICD-11Bu keçid
durdurulamaz

2025-dən Avropa Birliyi, 2026-dan Asiya ölkələri məcburi keçid edir. ICD-10-da qalan klinikalar beynəlxalq konsiliumdan, sigorta sistemlərindən, tədqiqat bazalarından kənar qalır.

“ICD-11 yalnız bir standart deyil — tibb elminin rəqəmsal dövrü üçün yazılmış bir ontologiyadır. Hər xəstəlik artıq bir etiket deyil, çox ölçülü bir klinik varlıqdır.”

WHO ICD-11 Reference Guide, 2024
ICD-11 Platformasını Kəşfet
🇪🇺 Avropa Birliyi — 2025 məcburi tətbiq
27 ölkə, 450M əhali — ICD-10 qəbul edilmir. Hesabatlar ICD-11 tələb edir.
→ Artıq başlayıb
🌏 Asiya bloku — 2026
Çin, Yaponiya, Koreya. Dünya əhalisinin 60%-nin tibb sistemi dəyişir.
→ 2026 Q2 tamamlanır
💳 Beynəlxalq sigorta sistemləri
Xarici sığorta şirkətləri ICD-11 kodu olmadan tələbləri rədd edir.
→ Bəziləri artıq tələb edir
🔬 Beynəlxalq jurnallar
Lancet, NEJM, Radiology — ICD-11 kodlaşdırılmış data 2026-dan tələbdir.
→ 2026-dan tərif dəyişir
🇦🇿 Azərbaycan — Strategiya vaxtı
Erkən tətbiq edən klinikalar regional lider olacaq. Bu pəncərə daralmaqda davam edir.
→ Hazırlıq vaxtıdır

Sadə və dəqiq addımlar

Müayinəni başlat

Pasiyent məlumatlarını daxil et, müayinə növünü seç, uyğun hesabatı seç. Sistem avtomatik olaraq uyğun hesabat şablonunu hazırlayır.

Ultrasəs məlumatlarını daxil et

Ölçüləri, görüntüləri və tapıntıları cihazdan birbaşa PACS sistemə ekspert et. DICOM inteqrasiyası ilə tam avtomatlaşdırma.

Hesabat şablonu yarat

Aparıcı tibb cəmiyyətlərinin təlimatlarına əsaslanan avtomatik hesabat generasiyası, ICD-11 kodlaşdırma (Stem+Extension) və biometrik göstəricilərin qrafiki.

Paylaş və analiz et

Hesabatı QR kod ilə saniyələr ərzində paylaş, konsilium üçün göndər və ya real-time analitika ilə statistikanı izlə.

Məhsul paketi

Radioloqun müayinə proseslərinin avtomatlaşdırılmasından akademik tədqiqat qruplarına qədər geniş həllər

1 ay pulsuz

FREE

0/ay

Aylıq bulud və xidmət haqqı

0

Lisenziya haqqı, quraşdırma, təlim, hesabatların inteqrasiyası

Ən populyar

STANDART

59/ay

Aylıq bulud və xidmət haqqı

3 500

Lisenziya haqqı, quraşdırma, təlim, hesabatların inteqrasiyası

Tədqiqat

AKADEMİK

89/ay

Aylıq bulud və xidmət haqqı

5 000

Lisenziya haqqı, quraşdırma, təlim, hesabatların inteqrasiyası

Bütün xüsusiyyətlər

XüsusiyyətFREESTANDARTAKADEMİK
Qeydiyyat
Həkim qeydiyyatı (Radioloq və müalicə həkimi)1 nəfər10 nəfərLimitsiz + nəzarət
Pasiyent qeydiyyatı50 / ayLimitsizLimitsiz
Ultrasəs cihaz qeydiyyatı1 cihazÇox cihazÇox cihaz
Hesabat şablonları
Fetal və ginekologiya üzrə hesabat şablonlarıSadə şəkildəTam funksiyalıTam + redaktə
Hər müayinə ixtisası üzrə beynəlxalq referans hesabatları
ICD-11 (XBT) xəstəliklərin kodlaşdırma sistemiAxtarış + qruplaşdırmaTam + alt bölmələrTam + alt bölmələr
Çap
Standart hesabat çapıSadəTam funksiyalıTam + redaktə
3F çərçivə (Fetal Ailə Çərçivəsi)
Çapda estetik və generativ imkanlarStandartGenişGeniş + ixrac
Biometrik göstəricilərin dinamikası — qrafik1–2 qrafikTam dəstLimitsiz + analitik
Firma blank generasiyasıYarı avtomatAvtomatik + şablonlar
Sosial media və inteqrasiya
Pasiyent və müalicə həkimi ilə paylaşımYalnız PDFTamTam + e-imza
Çərçivələrin sosial mediada paylaşımı
Kollaj hazırlama və ixrac imkanıŞablonAvtomatik + şablon
Konsilium
Müayinənin konsilium qrupunda paylaşılmasıLimitsiz
Konsilium qrupunda bildiriş və izləməLimitsiz
Konsiliumda rəy bildirmə / diaqnoz qoymaLimitsiz
Analitika və statistika
Müayinə nəticələri üzrə statistikaStandartLimitsiz + analitik alətlər
Tədqiqat qrupları üçün analitik alətlərTədqiqat üçün
Referans statistikasıStandart300 000+ hesabat
Texniki və inteqrasiya
Bulud yaddaş (Cloud storage)BaşlanğıcGenişləndirilmişTam
US (DICOM) ilə PACS inteqrasiyası
DST-nin ICD-11 (XBT) sisteminə inteqrasiya
Qayda və təhlükəsizlik
Pasiyent məlumat məxfiliyi prinsipi (HIPAA & GDPR)
Privacy by Design (Kodlaşdırma və Memarlıq Məxfiliyi)
Helsinki Bəyannaməsi (Akademik və Etik Məxfilik)

Əlaqə saxla

RadVision lisenziyası əldə etmək, məhsulun quraşdırılması, istifadə təlimi və texniki məsələlərlə bağlı müraciət üçün aşağıdakı formu doldurun.

Müraciət formu

Telefon
+994 55 408 24 44
Həftə içi 09:00 – 18:00
E-poçt
info@radvision.app
24 saat ərzində cavab
Ünvan
Bakı, Azərbaycan
Sizə yaxın ofisimiz
İş saatları
B.e. – Cümə
09:00 – 18:00